Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Entoni Blinken bu gün Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Diplomatlar arasında dialoq əvvəlcə təkbətək formatda baş tutub, daha sonra Blinken və Fidanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.
“Uzun və məhsuldar danışıqlar apardıq. Qəzzadəkı böhranı və münaqişənin böyüməsinin qarşısını almaq üçün nə edilə biləcəyini müzakirə etdik. Qəzzaya yardımların necə axdığını görürsünüz. Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün nələr edilə biləcəyini müzakirə etdik”, – Blinken deyib.
Danışıqların müddəti 2,5 saat olub. Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Vaşinqton “qadınlar və uşaqlar arasında qurbanların sayı artdıqca Qəzzada humanitar atəşkəsin” təmin edilməsi üçün səylər göstərilməsini vacib hesab ediblər.
//Samir Qurbanov, Editor.az

