Entoni Blinken Çinə gedəcəkbackend

Entoni Blinken Çinə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ dövlət katibi Entoni Blinken fevralın əvvəlində Çinə səfər edəcək. Editor.az xəbər verir ki, bu barədə dövlət katibinin planları ilə tanış olan diplomatlara istinadən “Politico” yazıb.
Fevralın 5-6-da baş tutacaq səfər çərçivəsində ABŞ xarici siyasət idarəsinin rəhbəri Çinin xarici işlər naziri Qin Qanqla görüşəcək. Tərəflərin Ukrayna, Çinin nüvə arsenalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə məsələləri və Çində saxlanılan amerikalıların vətənlərinə mümkün qaytarılması məsələlərini müzakirə edəcəyi gözlənilir.
Bundan başqa, Blinken keçən il ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra dondurulmuş danışıqlarda hərbi sahədə əlaqələrin bərpası məsələsini qaldırmağı planlaşdırır. Xatırladaq ki, 2022-ci ildə Bali adasında keçirilən G20 sammitində ABŞ prezidenti Co Baydenlə Çinin dövlət başçısı arasında keçirilən görüş zamanı danışıqların davamı çərçivəsində Blinkenin Çinə gələcəyi xəbər verilmişdi.
  //Samir Qurbanov, Editor.az