Ər-Riyadda ABŞ dövlət katibi ilə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələrinin diplomatik idarələrinin rəhbərləri arasında görüş keçirilib.
Editor.az bildirir ki, bu barədə bu gün Dövlət Departamentində məlumat verilib. Söhbət zamanı Entoni Blinken və nazirlər “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”ni tam dəstəklədiklərini bildiriblər və İranın MAQATE ilə tam əməkdaşlıq etməli olduğunu qeyd ediblər.
Onlar həmçinin İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasını alqışlayıblar. Bundan əlavə, görüş iştirakçıları Suriyadakı mövcud vəziyyət, İŞİD terror təşkilatı ilə mübarizə və əməkdaşlıq məsələləri barədə, xüsusilə, ticarət, investisiya, eləcə də müdafiə sahəsində qarşılıqlı fəaliyyət və regional təhlükəsizlik məsələlər barədəi müzakirələr aparıblar.
//Samir Qurbanov,Editor.az

