Entoni Blinken Nikol Paşinyanı təriflədibackend

Entoni Blinken Nikol Paşinyanı təriflədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ermənistana dəstəyi necə gücləndirməyi düşünür.

Editor.az bildirir ki, bunu ABŞ Dövlət Katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton İrəvandan bir sıra müraciətlər alıb və indi onları Ermənistana dəstəyi gücləndirmək, eləcə də ABŞ-Ermənistan münasibətlərini inkişaf etdirmək yollarını tapmağı nəzərdən keçirir: “Bir neçə həftə əvvəl mən Brüsseldə baş nazir Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdüm ki, biz və Avropa İttifaqı Ermənistanı dəstəkləmək üçün nə edə bilərik”, – diplomat qeyd edib. ABŞ dövlət katibi əmin edib ki, Vaşinqton bu istiqamətdə hərəkət etmək niyyətindədir.

Bundan əlavə, Blinken Ermənistanın baş nazirini tərifləyib. Onun sözlərinə görə, Nikol Paşinyan müxtəlif sahələrdə qeyri-adi işlər görüb. Diplomat xatırladıb ki, Ermənistan hökumətinin başçısı Ermənistan üçün çox çətin bir zamanda fəaliyyət göstərmək lazım gələcək. Blinken həmçinin İrəvan və Bakının sülh müqaviləsi üzrə razılığa gələcəyinə ümid etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az