Entoni Blinken: Rusiya sülh danışıqlarında maraqlı deyilbackend

Entoni Blinken: Rusiya sülh danışıqlarında maraqlı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hələ ki, Ukraynaya qarşı müharibəyə son qoymaq üçün sülh danışıqlarının aparılmasında maraqlı deyil.

Editor.az bildirir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken “CBS News”-a müsahibəsində deyib.

“Diplomatiya həmişə faydalıdır, əgər tərəflər və indiki halda Rusiya həqiqətən də məzmunlu diplomatiyada maraqlıdırsa… Biz isə hələlik bunun tam əksini görürük”,- Blinken deyib.

O qeyd edib ki, hətta Ukrayna prezidenti Volodimir Zelenski “sülh formulu” təklif etdikdən sonra belə Putin öz aqressiyasını “ikiqat və ya üçqat artırıb”: “O, səfərbərliyə başladı, Ukrayna ərazilərini ilhaq etməyə cəhd etdi və indi soyuq qışı “silaha çevirməyə” çalışır. Putin döyüş meydanında qalib gələ bilmədi, ona görə də qəzəbini və atəşini Ukrayna vətəndaşlarına çevirdi. Enerji infrastrukturuna hücum etdi, elektriki, istiliyi və işıqları kəsməyə çalışdı”.

  //Samir Qurbanov, Editor.az