Entoni Blinken: Rusiyanın tələbləri qəbuledilməzdirbackend

Entoni Blinken: Rusiyanın tələbləri qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı “yeni ərazi reallıqlarını” nəzərə almaq tələblərini qəbuledilməzdir.

Editor.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, bu cür tələblər sülh danışıqları prosesinin qurulmasına zərərlidir: “Rusiyanın Ukraynadan yeni ərazi reallıqlarını tanıması tələbləri qəbuledilməzdir və danışıqlar prosesinə imkan vermir”, – Blinken bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ və müttəfiqləri Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizədə uğur qazanması üçün lazım olan hər şeylə təmin edirlər. Bu, müharibəni bitirməyin və diplomatiyaya keçməyin ən qısa yoludur: “Müharibənin sona çatmasının, diplomatiyanın, danışıqların aparılmasının ən sürətli yolu Ukraynanı döyüş meydanında gücləndirməkdir. Biz də məhz bunu edirik”, – o deyib.

  //Samir Qurbanov, Editor.az