Rusiya Qara dənizdə mülki gəmiləri məhv etməklə hədələdiyi üçün Ukraynadan taxıl tədarükünü bərpa etmək “çox, çox çətin” olacaq.
Editor.az xəbər verir ki, bunu “Aspen Təhlükəsizlik Forumu”nda ABŞ dövlət katibi Entoni Blinken bildirib. “Biz müttəfiqlərlə, digər tərəfdaşlarla və Ukrayna ilə işləyir, müxtəlif variantları nəzərdən keçiririk.
Amma sizə deməliyəm ki, “taxıl təşəbbüsü”nün dayandırılması ilə itirilmiş həcmi başqa yollarla doldurmağın mümkün olduğunu düşünmürəm. Buna baxmayaraq yenə də əlimizdən gələni edirik.
Amma Rusiyanın mövqeyi üzündən daşınmada böyük problemlər yaranacaq.
//Samir Qurbanov, Editor.az

