Entoni Blinken Rusiyaya xəbərdarlıq etdi: ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü ən güclü şəkildə dəstəkləyirbackend

Entoni Blinken Rusiyaya xəbərdarlıq etdi: ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü ən güclü şəkildə dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümündə ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyasına 2008-ci ildə götürdüyü öhdəliklərə sadiq qalmadığını xatırladıb.
Editor.az xəbər verir ki, bu barədə o, Twitter-də yazıb. Dövlət katibi qeyd edib ki, bu gün Rusiyanın Gürcüstana təcavüzündən və onun ərazisinin 20%-ni işğal etməsindən on beş il keçir. “Rusiya hələ də 2008-ci ildən bəri atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməkdən imtina edir. Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini güclü şəkildə dəstəkləyir”.
Gürcüstanın baş naziri Giorgi Qaxaria da cavabında vurğulayıb ki, o, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə ABŞ-a minnətdardır. “Rusiyanın suveren Gürcüstana təcavüzü bu günə qədər davam edir. Biz hələ də azad, güclü və uğurlu Gürcüstan üçün mübarizə aparırıq. Aİ və NATO-ya üzvlük bizim son qələbəmiz olacaq”, – Qaxariya deyib.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU! You need to login to view and post FB Comments!