Entoni Blinken Türkiyəyə niyə gedir?backend

Entoni Blinken Türkiyəyə niyə gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gələcək.

“Hürriyet” qəzeti yazır ki, Türkiyə artıq Vaşinqtonun yalanlarından “doyub”. Seçkiləri uduzan administrasiyada dövlət katibi postunu tutan Blinkenin ABŞ adından verdiyi vədlərin bir dəyəri varmı? İndiyə qədər ABŞ Suriya ilə bağlı verdiyi bütün vədləri pozub.

İndi o, onların ölkədə varlığını müdafiə etməyə gələcək. Suriya və PKK-nı xilas etmək və onların Suriyadakı varlığını qorumağı istəyəcək? Amma bu sahədə üstünlük artıq ABŞ-da deyil, bizdədir. ABŞ-ın yalanlarından bezdik” – Hürriyet yazıb.
Xatırladaq ki, bir müddət əvvəl CNN Türk telekanalı Türkiyənin Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) Xalq Müdafiə Qüvvələrinin terrorçularına son qoymaq niyyətində olduğunu və bu barədə ABŞ-a xəbərdarlıq edəcəyini bildirmişdi.

Türkiyə və Suriya sərhədində 30-40 km dərinliyə qədər təhlükəsizliyi təmin etmək vədinə əməl etməyən Vaşinqton bir daha açıq şəkildə bəyan edəcək: “Ya siz bununla məşğul olacaqsınız, ya da biz özümüz lazım olan hər şeyi edəcəyik” – telekanalının Ankara bürosunun rəhbəri Dijlə Canova qeyd edib.

//Samir Qurbanov, Editor.az