Entoni Blinken Türkyəyə gəlsin, gəlməsin?backend

Entoni Blinken Türkyəyə gəlsin, gəlməsin?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək.

Editor.az bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindəki mənbə dünən məlumat verib. Onun sözlərinə görə, amerikalı diplomat noyabrın 5-də Ankaraya gəlməlidir.

Bununla belə, daha sonra Dövlət Departamentinin saytında Entoni Blinkenin bu gündən noyabrın 10-dək xarici səfərlərinin qrafiki ilə bağlı press-reliz dərc olunub. Buradan belə çıxır ki, Blinken 8 gün ərzində Yaxın Şərqə, yəni İsrail və İordaniyaya, daha sonra Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək. Onun səfər etmək niyyətində olduğu ölkələr siyahısında Türkiyə yoxdur.

//Samir Qurbanov, Editor.az