Entoni Blinken Ukraynaya “Rusiyanı vur” deyirbackend

Entoni Blinken Ukraynaya “Rusiyanı vur” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Entoni Blinken keçən həftə Kiyevə “ayıq-sayıq səfərindən” sonra Amerikanın Rusiya ərazisinə silah zərbələri endirməsinə qadağa qoyulması məsələsində mövqeyini dəyişib.

Editor.az “The New York Times”ə (NYT) istinadən xəbər verir ki, ABŞ prezident administrasiyasında qadağanın yumşaldılması ilə bağlı müzakirələr aparılır. NYT-nin məlumatına görə, Blinkenin təklifi formalaşma mərhələsindədir.

Ağ Evin nə qədər nümayəndəsinin təşəbbüsü dəstəklədiyi hələlik məlum deyil. Qəzet yazır ki, təklif hələlik ABŞ prezidenti Co Baydenə bildirilməyib. Nəşrin həmsöhbətləri bildirirlər ki, Entoni Blinkenin mövqeyi Rusiya ordusunun Xarkov vilayətinə hücumu ilə əlaqədar dəyişib. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron da Ukraynanın Rusiya ərazisinə cavab zərbələri endirmək hüququnu bəyan edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Rusiya hədəflərinə Qərb silahları ilə hücumları qadağan etmək mövqeyində idi.

//Samir Qurbanov, Editor.az