Entoni Blinken: Vaşinqton Ukraynanın Krıma mümkün hücum qərarını müdrik qərar saymırbackend

Entoni Blinken: Vaşinqton Ukraynanın Krıma mümkün hücum qərarını müdrik qərar saymır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Ukraynanın Krıma nəzarəti bərpa etmək cəhdlərini təşviq etmir. ABŞ administrasiyası hesab edir ki, Ukraynanın yarımadaya mümkün hücumu Rusiya üçün “qırmızı xəttin” keçməsi olacaq.

Editor.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken fevralın 15-də ekspertlər heyəti ilə onlayn söhbəti zamanı açıq şəkildə bildirib.

Söhbət zamanı o deyib ki, Kiyev Krıma nəzarəti bərpa etməyə çalışsa, Rusiyanın qoyduğu “qırmızı xətti” keçmiş olacaq vəonun daha geniş reaksiyasına səbəb olacaq.

Eyni zamanda ABŞ administrasiyası belə bir əməliyyatın başlanması ilə bağlı yekun qərarın Vaşinqtonda deyil, Kiyevdə veriləcəyini vurğulayır. Buna görə də ABŞ öz səylərini hazırda aktiv hərbi əməliyyatların getdiyi ölkənin şərqində Ukraynanın irəliləməsinə kömək etməyə yönəldir. Bu səbəbdən Entoni Blinken Ukraynanın Krıma mümkün hücumla bağlı qərarını müdrik qərar saymır.

Qeyd edək ki, Ukrayna dəfələrlə Krım üzərində nəzarəti güc yolu ilə bərpa etmək planlarını açıqlayıb. Lakin Amerika kəşfiyyatının fikrincə, Ukrayna resurs çatışmazlığı səbəbindən hələ yarımadada hücum təşkil edə bilməyəcək.

  //Samir Qurbanov, Editor.az