Entoni Blinken və Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblərbackend

Entoni Blinken və Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Avropa Şurasının sədri Şarl Mişel arasında ikitərəfli söhbət olub.

Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib. Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, o cümlədən Cənubi Qafqazda sülh və təhlükəsizliyin dəstəklənməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, mayın əvvəlində Vaşinqtonda Azərbaycan və Ermənistan diplomatik departamentlərinin rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib və orada sülh müqaviləsi müzakirə olunub.