Entoni Blinkendən vacib bəyanat: Ukrayna NATO üzvü olacaqbackend

Entoni Blinkendən vacib bəyanat: Ukrayna NATO üzvü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna NATO-ya üzv olacaq.

Editor.az “Spiegel”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib. Nəşr xatırladır ki, Ukrayna illərdir NATO-ya üzv olmağa çalışır. Hərbi alyansın yubiley mərasimində Blinken Kiyevə açıq mesaj göndərib. Onun sözlərinə görə, NATO ölkələrinin Ukraynaya dəstəyi “daş kimi möhkəm” olaraq qalır: “Ukrayna NATO-ya üzv olacaq. Sammitdə məqsədimiz bu üzvlük üçün körpünün qurulmasına kömək etməkdir”, – ABŞ dövlət katibi deyib.

Məlum olduğu kimi, bir gün əvvəl alyansa daxil olan 32 dövlət Ukraynaya hərbi yardımın koordinasiyasında fəal rolunu planlaşdırmağa razılaşıb. Diplomatlar bildiriblər ki, NATO ABŞ-ın rəhbərlik etdiyi Ramştyn koalisiyasının koordinasiya işlərinin bir hissəsini öz üzərinə götürəcək.

//Samir Qurbanov, Editor.az