ABŞ dövlət katibi Entoni Blinkenə 2021-ci ilin avqustunda Amerika vətəndaşlarının Əfqanıstandan təxliyəsi ilə bağlı ifadə vermək üçün Konqresə gəlməyi tələb edən çağırış vərəqəsi göndərilib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin məlumatına görə, çağırış vərəqəsi Blinkenin komitəyə gəlməkdən imtina etməsi səbəbindən və komitə sədri Mayk Makkalın adından göndərilib. Makkol qeyd edib ki, bu məsələ ilə bağlı dinləmələr Konqresdə Dövlət Departamentinin qoşunların Əfqanıstandan çıxarılmasında mərkəzi rol oynaması və təxliyə əməliyyatı zamanı yüksək rütbəli rəhbərlik kimi çıxış etməsi səbəbindən keçirilir.
O, dövlət katibinin ifadəsinin “fəlakətli evakuasiya səhvləri” risklərini daha da azaldacaq qanunvericiliyin hazırlanmasına kömək edəcəyini söyləyib. Entoni Blinkenin sentyabrın 19-da Konqres qarşısında çıxışı planlaşdırılır. Dövlət katibi komitənin tələblərini yerinə yetirməsə, o, məhkəməyə hörmətsizlikdə ittiham olunacaq.
//Samir Qurbanov, Editor.az