ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
Fevralın 28-də o, Qazaxıstana, daha sonra Özbəkistana gedəcək.
Editor.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətin məlumatına istinadən xəbər verir ki, Blinken Qazaxıstanı paytaxtında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin C5+1 formatında görüşündə iştirak edəcək, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın yüksək vəzifəli diplomatları ilə görüşəcək.
Müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Blinken həmçinin ABŞ-la regional əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafına dair bir sıra ikitərəfli danışıqlar aparacaq. Martın 1-2-də isə ABŞ Dövlət katibi Dehlidə keçiriləcək G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az

