Epidemioloji vəziyyət stabildir: “Quru sərhədlərinin açılması ölkə iqtisadiyyatı üçün vacib məsələdir”- Millət vəkilindən AÇIQLAMAbackend

Epidemioloji vəziyyət stabildir: “Quru sərhədlərinin açılması ölkə iqtisadiyyatı üçün vacib məsələdir”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq əksər ölkələr tərəfindən pandemiya səbəbindən bağlanmış quru sərhədlərin açılması ilə bağlı qərarlar verilib. İyulun 1-dən etibarən isə bir sıra ölkələrdə bu proses yekunlaşıb. Koronavirusla bağlı vəziyyətin ölkəmizdə də stabil olduğunu nəzərə alsaq, deyə bilərik ki, quru sərhədlərin açılmasına ehtiyac var”.

Bu sözləri Editor.a-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, əksər qonşu ölkələrdə yoluxma sayında kəskin azalma var:

“Quru sərhədlərin açılması ölkəyə turistlərin gəlişi və vətəndaşların xaricə çıxması baxımdan çox vacibdir. Statistika da göstərir ki, ölkədə xarici turistlərin 70 faizi Azərbaycanın quru sərhədi olduğu ölkələrdən gəlir. Bu baxımdan quru sərhədlərin açılması ölkəyə gələn turist sayının artmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycana neftdən sonra turizm ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəl 2019-cu ilin statistikası göstərir ki, ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfər, ancaq ölkədən turist kimi xaricə gedən vətəndaşların sayı 5.7 milyon nəfər idi. Bu da ondan xəbər verir ki, quru sərhəddən istifadə etməklə xaricə gedən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu baxımdan quru sərhədlərin açılması onların daha asan və iqtisadi cəhətdən daha ucuz xaricə səfər etməsi üçün vacibdir. Təbii ki, indiki halda epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargaha quru sərhədlərin mərhələli şəkildə açılması məsələsinə baxmağı təklif edirik. Güman edirik ki, mövcud şərait buna imkan verir. Həm iqtisadi, həm vətəndaşların xaricə gedişi, ölkəyə gələn xarici turistlərin sayının artması baxımından epidemioloji vəziyyəti nəzərə alaraq quru sərhədlərin açılması məqsədə uyğundur”.

//Gülnarə Abasova, Editor.az