Epidemiya dövründə məhkumlar qısamüddətli görüşlər əvəzinə videogörüş keçirə biləcəklər – RƏSMİbackend

Epidemiya dövründə məhkumlar qısamüddətli görüşlər əvəzinə videogörüş keçirə biləcəklər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Editor.az xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

– 69-1.2-ci maddənin ikinci cümləsində “danışıqları ilə” sözləri “danışıqları, yaxud videogörüşlə” sözləri ilə əvəz edilir.

– 81.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.”.