Eran Doron: “Azərbaycan İsrail üçün əla tərəfdaşdır”backend

Eran Doron: “Azərbaycan İsrail üçün əla tərəfdaşdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarşısına uzunmüddətli inkişaf məqsədləri qoyan ölkə kimi Azərbaycan İsrail üçün əla tərəfdaşdır”.

“Report” xəbər verir ki, bunu Ramat Haneqev Regional Şurasının meri Eran Doron “Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

“Gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir, lakin bir məsələni dəqiq bilirik – hansı hadisələrin baş verməsindən asılı olmayaraq, insanların qida və su ilə təmin olunmasına ehtiyac olacaq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İsrail hətta ən səhralıq yerlərdə belə su çıxara bilir, ölkədə bu məqsədlə bütün lazımi texnologiyalar var.

E.Doron qeyd edib ki, Ramat Haneqev İsrail ərazisinin 20 faizini əhatə edir və region əsasən səhralardan ibarətdir.