Ərdəbildə görünməmiş cinayət: polislər buna görə məktəbli qızı ölənəcən döyüdülərbackend

Ərdəbildə görünməmiş cinayət: polislər buna görə məktəbli qızı ölənəcən döyüdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda təhlükəsizlik qüvvələri 16 yaşlı məktəbli Əsra Pənahini İranın ali dini lideri Ayətullah Əli Xamneyini mədh edən mahnını oxumaqdan imtina etdiyinə görə döyüblər.

Qız xəstəxanada dünyasını dəyişib.

Editor.az bu barədə “The Guardian”a istinadən xəbər verir. Xəbərdə qeyd olunur ki, hadisə oktyabrın 13-də Ərdəbil şəhərində baş verib. İran “Müəllimlərin Peşəkar Assosiasiyalarının Koordinasiya Şurası”nın məlumatına görə, təhlükəsizlik qüvvələri qızlar liseyinə gedərək şagirdlərdən İran liderini mədh edən mahnı oxumağı tələb edib və bundan imtina edənləri döyüblər. Nəticədə Əsra Pənahi də daxil olmaqla bir neçə tələbə xəstəxanaya yerləşdirilib, digərləri isə həbs edilib. Ayın 14-də məktəbli qız xəstəxanada dünyasını dəyişib. Hadisə ölkədə yeni etiraz dalğasına səbəb olub. Lakin özünü mərhumun “əmisi” kimi təqdim edən şəxs onun anadangəlmə ürək xəstəsi olduğunu bildirərək, cinayəti ört-basdır etməyə çalışıb.

//Samir,Editor.az