Ərdəbildə mədəni fəal kəşfiyyat idarəsinə çağırılıbbackend

Ərdəbildə mədəni fəal kəşfiyyat idarəsinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdəbil vilayətinin Germi şəhərində mədəni fəal Pərisa Ciddi kəşfiyyat idarəsinə çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “Ciddiyə İran kəşfiyyat qurumunun Germi şöbəsindən bir neçə dəfə zəng ediblər. Təhlükəsizlik qüvvələri oktyabrın 20-də mədəni fəaldan izahat vermək üçün Ettalaat idarəsinə müraciət etməsini istəyiblər.”

HRA-nın xəbərinə görə, Pərisa Ciddi yazılı olaraq çağırış vərəqəsi almadığı üçün kəşfiyyat idarəsinə getməkdən imtina edib.

Son vaxtlar Ərdəbil vilayətində bir çox mədəni fəalın xüsusilə sosial mediada göstərdikləri fəaliyyətlər səbəbilə təhlükəsizlik qüvvələri tərəfindən təqib və basqıya məruz qaldıqlarına dair xəbərlər yayılır.

Loading...