Ərdoğan 20-dən çox liderlə Ukraynanı müzakirə edib – NƏ QƏRARA GƏLİBLƏR?backend

Ərdoğan 20-dən çox liderlə Ukraynanı müzakirə edib – NƏ QƏRARA GƏLİBLƏR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti 20-dən çox ölkənin lideri ilə müzakirə edib.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu R.T.Ərdoğan bir qrup yerli icra hakimiyyətlərinin qadın başçıları ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək.

Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki mövqeyini göstərmək çox vacibdir.

“Belə dövrlərdə hakimiyyətlə xalqın birliyi çox önəmlidir”, – deyə R.T.Ərdoğan əlavə edib.