Ərdoğan: “Akkuyu AES-in bütün reaktorları 2028-ci ilə qədər işə düşəcək”backend

Ərdoğan: “Akkuyu AES-in bütün reaktorları 2028-ci ilə qədər işə düşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Akkuyu Atom Elektrik Stansiyasının dörd reaktorunun hamısının 2028-ci ilə qədər işə düşəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O, AES-ə nüvə yanacağının verilməsi mərasiminə videobağlantı vasitəsilə qoşulub.

Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, Akkuyu AES-də elektrik enerjisi istehsalına 2024-cü ildə başlanacaq. Obyektə 60 il ərzində “Rosatom” xidmət göstərəcək. Texniki xidmət və təmir nəzərə alınmaqla, bu müddət daha 20 il uzadıla bilər.