Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci BMT Baş Assambleyasında çıxış edib. Editor.az xəbər verir ki, Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa və bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət edib.
Ərdoğan Şərqi Aralıq dənizi bölgəsinin yalnız bütün tərəflərin hüquq və qanunlarına hörmət edilməklə sülhün, rifahın və sabitliyin hökm sürdüyü bir coğrafiyaya çevrilə biləcəyini bəyan edib: “Bizim heç kimin haqqında gözümüz yoxdur. Heç kimin də haqqımızı yeməsinə imkan vermərik”.
Kipr probleminin ortaya çıxmasının 60-cı ildönümü olduğunu xatırladan Ərdoğan, Kipr türk tərəfinin Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli üçün hər zaman səmimi səylər göstərdiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

