Ərdoğan BÖYÜK MÜJDƏNİ açıqladı: 2023-cü ildə qırıcımız hazır olacaqbackend

Ərdoğan BÖYÜK MÜJDƏNİ açıqladı: 2023-cü ildə qırıcımız hazır olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanal.az xəbər verir ki, o, ölkənin müdafiə sənayesindən əldə edilən uğurlardan danışıb.

Dövlət başçısı bildirib ki, Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 56-dan 500-ə yüksəlib. 20 il əvvəl cəmi 62 olan müdafiə layihələrinin sayı bu il 750-i keçib.

“PUA istehsalında dünyada ilk üç ölkə arasındayıq. PUA-larından dəniz platformalarına, pilotsuz avtomobillərdən süni intellektə və peyklərə qədər müdafiə sənayesində olmamız lazım olan hər yerdəyik. İndi növbə milli döyüş təyyarəsinindir. İnşallah 2023-cü ildə onu anqardan çıxarıb dünyaya göstərəcəyik.

İlk uçuşunu 2025-ci ildə edəcək təyyarəmiz sınaq proseslərindən sonra Hərbi Hava Qüvvələrimizin zərbə gücü olaraq 2029-cu ildə səmalarda yerini alacaq”, – deyə Ərdoğan qeyd edib.