Ərdoğan böyük zəfərin izindədir, Qarabağda… – Yunan generaldan SENSASİON AÇIQLAMALARbackend

Ərdoğan böyük zəfərin izindədir, Qarabağda… – Yunan generaldan SENSASİON AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ərdoğan böyük zəfərin izindədir”.

Bu sözləri yunan general Lambros Tzoumis qatıldığı televiziya proqramında dilə gətirib.

Azərbaycanın Türkiyənin dəstəyi ilə Qarabağda böyük zəfər qazandığını qeyd edən general bundan narahat olduğunu gizlətməyib: “Eyni şey Trakya və Kiprdə də ola bilər”.

O, Türkiyə-Yunanıstan gərginliyi ilə bağlı danışarkən Ankaranın Suriya, Liviya və Dağlıq Qarabağ məsələlərində böyük uğurlara ortaq olduğunu açıqlamaqdan çəkinməyib: “Qərbi Trakyada Türkiyə dostu olan böyük etnik var. Bütün bunlar bizi narahat etməlidir. Ərdoğanın böyük zəfərin izində olduğunu anlamalıyıq”.

General Türkiyə illə Yunanıstan arasında yaşana biləcək münaqişə vəziyyətində ABŞ və Qərb ölkələrindən Yunanıstana yardım edilməsini gözləməyin mənasız olduğunu bildirib.

//publika.az