Ərdoğan dəniz quldurlarının hücum etdiyi gəminin kapitanlarından biri ilə telefonla danışıbbackend

Ərdoğan dəniz quldurlarının hücum etdiyi gəminin kapitanlarından biri ilə telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.

Bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Furkan Yaren ölkə başçısına gəminin hücumdan sağ qurtulan digər iki ekipaj üzvü ilə birlikdə Qabona doğru hərəkətdə olduğu məlumatını verib.

Ərdoğan isə öz növbəsində prosesi yaxından izlədiyini və girov götürülən digər ekipaj üzvlərinin xilas edilməsi üçün gərəkli bütün təlimatları verdiyini bildirib.

Loading...