Ərdoğan hakimiyyətdən getsə, Bayden bunu edəcək – Yunan professorbackend

Ərdoğan hakimiyyətdən getsə, Bayden bunu edəcək – Yunan professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Türkiyədə Ərdoğan hakimiyyətindən məmnun olmadığı üçün Yunanıstana dəstək verir.

Editor.az Axar.az-a istinadla xəbər verir ki, bunu yunan professor İonnis Mazis ölkə mətbuatına açıqlamasında deyib.

“ABŞ Prezidenti Yunanıstana dəstək verdiyi müddətcə “Baydenopoulos” olacaq. Yəni Afinanı dəstəkləyəcək. Ərdoğan hakimiyyətdən gedərsə və ya Bayden seçki kampaniyasında bildirdiyi kimi, Ərdoğanı devirərsə, ABŞ Yunanıstandan əlini çəkər və Türkiyəyə dəstək verər. Türkiyədə müxalifət hakimiyyətə gələrsə, onda “Baydenopoulos” birdən “Baydenoğlu”na çevrilər. Bəs bu olarsa, yunanlara hansı silahlar qalacaq? Bu suala heç kim cavab vermək istəməz. İndi bizə 2 silah satırlarsa, 4-nü hədiyyə edirlər. Diqqət etmək lazımdır. Bayden “Baydenopoulos” olduğu müddətdə yaxşıdır”, – professor bildirib.