Ərdoğan hakimiyyəti Türkiyə iqtisadiyyatına hansı yeni imkanlar açacaq?-ŞƏRHbackend

Ərdoğan hakimiyyəti Türkiyə iqtisadiyyatına hansı yeni imkanlar açacaq?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AK Parti 20 ildir ki, hakimiyyətdədir. Keçirilən prezident seçkilərində əldə olunan qələbənin AKP hakimiyyətində nəyisə dəyişəcəyini güman etmək olmaz”.

Bunu Editor.az-a iqtisadçı ekspert Xalid Kərimli 28 may tarixində baş tutan prezident seçkilərinin nəticəsinin Türkiyə iqtisadiyyatına necə təsir edəcəyi barədə şərhində deyib.

Onun sözlərinə görə, Türkiyə son 21 ildə xeyli inkişaf edib:

” Türkiyədə 2002-2012-ci illərdə daha sürətlə inkişaf olub, nəinki 2012-2022-ci illərdə. Lakin burada təkcə Türkiyədən asılı olmayan səbəblər də var. Seçkinin yekunlaşması qeyri-müəyyənlikləri aradan qaldırır. Bu Türkiyə xalqı, dövləti üçün müsbət nəticədir. Digər tərəfdən rəsmi Ankara 2022-23-cü illərə ciddi inflyasiya ilə daxil oldu. Amma tədricən inflyasiya meyilləri aşağı düşəcək. 80%-ə çatan göstərici indi 45%-ə düşüb və bu azalmaqda davam edəcək. Bu da AKP hökuməti ilə yanaşı, dünyada baş verən proseslərin nəticəsi olacaq. Çünki dünyada da əmtəə, neft, qaz və dəmirin qiyməti aşağı düşüb. Həmin amillərin təsiri böyük olacaq”.

Ekspertin fikrincə, AKP yeni islahatlar paketi ilə deyil, sadəcə inflyasiyanı nəzarət altına almaqla əvvəlki siyasətini davam etdirəcəyi mesajını verir:

“Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin də Türkiyəyə bir sıra mənfi təsirləri var. Onların aradan qalxması Türkiyə iqtisadiyyatı üçün müsbət perspektivlər vəd edə bilər. Müharibənin miqyası daha da genişlənərsə, Ankara çox böyük problemlərlə qarşılaşacaq. Hökumət dəyişmədiyi üçün idarəetmə stili və tərzi də dəyişmir. Burada Türkiyə ilə əlaqəsi olmayan ciddi problemlər var idi. Zəlzələ, pandemiya, Rusiya-Ukrayna müharibəsi iqtisadiyyatda da ciddi problemlərin yaranmasına səbəb oldu. Həmin amillər aradan qaldırıldığı halda Türkiyəni daha yaxşı günlər gözləyir”.

//Safura Bənnayeva, Editor.az