Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub: Nələr müzakirə edilib?backend

Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub: Nələr müzakirə edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Valadimir Zelenski arasında telefon danışığı olub.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, söhbət zamanı İstanbulda martın 29-da baş tutan Rusiya-Ukrayna danışıqları olub.

Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrinə əsasən, müharibənin dayandırılması və sülhün bərqərar edilməsi istiqamətində həyata keçirilən prosesi dəstəklədiyini bildirib.

İstanbul danışıqlarından sonra gərginliyi azaltmaq üçün bəzi təkliflər verməyi vacib hesab etdiyini deyən prezident Ərdoğan Ukrayna və Rusiya liderlərini bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək təklifini təkrarlayıb.

Ukrayna prezidenti Zelenski də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünə ev sahibliyi etdiyi üçün Ərdoğana təşəkkür edib.

//Gülnarə Abasova, Editor.az