Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdırbackend

Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Krımın ilhaqını tanımır”.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.

Türkiyə lideri vurğulayıb ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”.