Ərdoğan Laçında “Azərbaycan” şeirini deyibbackend

Ərdoğan Laçında “Azərbaycan” şeirini deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralarını xatırlayıram.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

O, Səməd Vurğunun Azərbaycan haqda yazdığı şeiri belə səsləndirib:

“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Obamız, elimiz Azərbaycanla münasibətləri gücləndirərək davam etdirəcəyik”.