Ərdoğan məşhur fotodan danışdı – “Liderlərin çoxu…”backend

Ərdoğan məşhur fotodan danışdı – “Liderlərin çoxu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liderlərlə birgə Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının iclasından yayılan fotoşəkil haqda danışıb.

Ərdoğan jurnalistlərin həmin anda nədən söhbət getdiyinə dair sualı cavablandırıb.

“İlham Əliyev başdakı oturacağı mənə təklif etdi, özü yandakı oturacaqda əyləşdi. Oradakı liderlərin çoxu rusca bildiyi üçün tərcüməçi də danışdıqlarımızı rus dilinə çevirirdi. Söhbət təbii ki, hər kəsin çox xoşuna gəldi. Gözəl xatirə oldu”, – deyə Türkiyə prezidenti deyib.

Teleqraf.com