Ərdoğan-Miçotakis görüşü ilə bağlı ABŞ-dan açıqlamabackend

Ərdoğan-Miçotakis görüşü ilə bağlı ABŞ-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında keçirilən görüşü alqışladığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında bildirib.

“ABŞ Türkiyə prezidenti Ərdoğan və Yunanıstan baş naziri Miçotakis arasında keçirilən görüşü böyük məmnuniyyətlə qarşıladı. “Birləşmiş Ştatlar Yunanıstan və Türkiyənin regionda sülhün, təhlükəsizliyin və rifahın artırılması üçün birgə işləməsi üçün bütün səviyyələrdə ikitərəfli danışıqları dəstəkləyir”, – bəyanatda deyilir.

Qeyd edək ki, Prezident Ərdoğan bu gün Afinaya səfər edib və Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində Mitsotakis ilə müqavilələr imzalayıb. İki ölkə liderləri keçirdikləri birgə mətbuat konfransında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi mesajı verdilər.

//Gülnarə Abasova, Editor.az