Ərdoğan Özbəkistanda Putinlə nəyi müzakirə edəcəklərini açıqladıbackend

Ərdoğan Özbəkistanda Putinlə nəyi müzakirə edəcəklərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı danışıqlarda RF lideri Vladimir Putinlə Ukrayna taxılının ixracına dair razılaşmanı müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, Ərdoğan rusiyalı həmkarı ilə xüsusilə ərzaqla dolu gəmilərin Qara dənizdə yaradılan taxıl dəhlizi ilə göndərilməsi barədə razılığa gəlmək istəyir.

Türkiyə prezidenti həmçinin ümid etdiyini bildirib ki, taxıl nəhayət Afrika ölkələrinə də çatdırılacaq.

“Cənab Putin haqlıdır: Taxıl dəhlizi vasitəsilə tədarüklər əsasən kasıb ölkələrə deyil, inkişaf etmiş ölkələrə edilir”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, iki prezidentin növbəti görüşünün Özbəkistanın Səmərqənd şəhərində baş tutacağı gözlənilir.

Oxu.az