Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, görüşdə Türkiyə-Pakistan əlaqələrinin müxtəlif aspektləri qiymətləndirilib, ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib, regional və beynəlxalq proseslər müzakirə edilib.
Bundan əlavə, terrorla mübarizə də gündəmdə olub.
Bildirilir ki, danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi məsələsi ön plana çıxıb.