Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.
Bu açıqlama ilə yunan aparıcı İoannis Theodoratos çıxış edib.
“Rusiya tez-tez Türkiyəni dəstəkləyir. Rusiya hər zaman öz maraqlarını düşünür və maraqları naminə hər kəsin əleyhinə Türkiyənin yanında durur”, – yunan aparıcı söyləyib.
O qeyd edib ki, Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi TFX-in etibarlı mühərrikə sahib olması üçün Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.
Theodoratos Qərbin davamlı embarqosuna məruz qalan Türkiyənin Rusiya sistemlərinə üz tutmağa başladığını bildirib./axar.az

