Ərdoğan Putinlə Qəzzada baş verənləri müzakirə etdibackend

Ərdoğan Putinlə Qəzzada baş verənləri müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Editor.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezidentlər son günlər daha da gərginləşən İsrail-Fələstin qarşısdırmasını, “Sputnik V” peyvəndinin Türkiyəyə çatdırılması ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qüds, Qəzza, Məscid-Əqsa və fələstinlilərə qarşı etdiyi tələsik hücumlara qarşı reaksiyalarını ən sərt şəkildə otaya qoyub. Ərdoğan Türkiyə və Rusiyanın Qüdsdə baş verənlərlə bağlı eyni mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti deyib ki, qarşıdurma daha dərinləşməmiş Birləşmiş Millətlər Təşkilatı təcili məsələyə müdaxilə etməlidir.

Vladimir Putin Türk xalqının Ramazan bayramını təbrik edib.

 

Editor.az

Loading...