Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 4-də Soçidə görüşməyi planlaşdırır.
Editor.az bu barədə TASS-a istinadən xəbər verir.
Ərdoğan sentyabrda Hindistanda keçirilməsi planlaşdırılan G20 toplantısı və BMT Baş Assambleyasının ABŞ-da keçirilməsi ilə bağlı çox gərgin mühitin olduğunu xatırladıb. Avqustun 21-də Ankara Ərdoğanla Putinin görüşünü çətin hesab edib. Mənbə bildirib ki, ki, belə bir səfər üçün səbəb olsaydı, Ərdoğan Rusiyaya gələcəkdi.
Türkiyə liderinin ofisi qeyd edib ki, iki prezidentin mümkün görüşü ilə bağlı hələlik təfərrüatlar yoxdur. Ankara Moskva ilə münasibətlərdə soyuqlaşmanın olmadığını açıqlayıb.
//Gülnarə Abasova, Editor.az