Ərdoğan Qarabağa gəlir: Səfərin PƏRDƏARXASI detalları nədən ibarətdir?-ŞƏRHbackend

Ərdoğan Qarabağa gəlir: Səfərin PƏRDƏARXASI detalları nədən ibarətdir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 noyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, daha dəqiq desək işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edəcək. Bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev və cənab Ərdoğan yeni tikilmiş Füzuli Baynəlxalq Hava Limanın açılışında iştirak edəcəklər.

Ərdoğanın Qarabağa səfərini Editor.az-a dəyərləndirən politoloq Samir Hümbətov  bildirib ki, son gönlər İran və Azərbaycan arasında gərginlik sürətlə qalxmaqdadır və hətta İran tərəfi sentyabr ayının 20-dən sonra ilk dəfə idi ki, Azərbaycanla sərhəddə Aslandüzdən başlayaraq İran Culfasına kimi geniş bir ərazidə hərbi təlimlərə başladı:

“İrana tərəfi bu təlimləri Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirdi. Bu hadisə Azərbaycan və İran arasında ciddi gərginliyin yaranmasına səbəb oldu. Azərbaycan prezidenti cənab İlham Əliyev İranın atdığı bu addıma sərt reaksiya verdi. Türkiyə isə İranın atdığı addıma cavab olaraq Türkiyə-İran sərhədinə qoşun yığdı və Türkiyə PUA-ları Türkiyə-İran sərhəddində fasiləsiz uçuşlara başladılar.
29 sentyabr 2021-ci ildə isə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu görüş zamanı tərəflərin müzakirə etdiyi məsələlər sırasında Suriya ilə birgə Qarabağ məsələsinin də olduğu bildirildi. Ərdoğanın Soçi səfərindən bir gün sonra isə Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi haqqında məlumatlar yayılmağa başladı. Baş verən prosesləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Türkiyə prezidentinin bir ildə iki dəfə Azərbaycana baş tutacaq səfəri həm region dövlətlərinə, həm də regionda regionda marağı olan digər güc mərkəzlərinə ciddi mesaj xarakteri daşıyır. Əslində Türkiyə bununla qarşı tərəflərə mesaj verir ki, Azərbaycanın regionda tək deyil və biz hər zaman Azərbaycanın yanındayıq”

Siyasi analitik vurğulayıb ki, son günlər Rusiya “sülhməramlıları”nın müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçuları tərəfindən yenidən gərginliyin artırılması, bir hərbi qulluqçumuzun şəhid edilməsi isə Ərdoğanın Azərbaycana səfərindən narahat olan qüvvələr tərəfindən təşkil edilmiş təxribat kimi də qiymətləndirilə bilər:

“Hesab edirəm ki, Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanın açılışından sonra hava limanının təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərinə də tapşırıla bilər. Bu isə hava limanına qarşı hər hansı təxribatın olma riskini tamamilə aşağı salmış olar”.

//Gülnarə Abasova, Editor.az