Ərdoğan: Qəzzada uşaqların ölümü qəbuledilməzdirbackend

Ərdoğan: Qəzzada uşaqların ölümü qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 25-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının genişləndirilmiş iclasında mühüm bəyanatlar səsləndirib.

Editor.az xəbər verir ki,o ŞƏT-in qlobal əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsindəki rolunu vurğulayıb, həmçinin Qəzza zolağı, Suriya, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindəki vəziyyətə toxunub.

Ərdoğan Qəzza zolağında davam edən İsrail hücumlarını kəskin tənqid edib:

“Artıq 23 aydır ki, qəddarlığı dayandırmaq mümkün olmayıb, nəticədə körpələr, uşaqlar və qocalar aclıqdan ölməkdədir. Buna heç bir əsaslandırma yoxdur”, – deyə o bildirib.

//Samir Qurbanov, Editor.az