Ərdoğan: “”S-400″ məsələsi bizim üçün bitib”backend

Ərdoğan: “”S-400″ məsələsi bizim üçün bitib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Brüsseldə qatıldığı  NATO liderlərinin zirvə toplantısından sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Editor.az “BBC Türkçe”yə istinadən xəbər verir ki, Ərdoğan ABŞ mətbuatında  yer alan Türkiyənin Ukraynaya “S-400” verməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

“”S-400″lərlə bağlı qərarımız dəyişməzdir. “Wall Street Journal”ın yazdığı məqaləyə Rabitə Nazirliyimiz lazımi rəsmi cavabı bildirib. Artıq şərhə ehtiyac yoxdur. Onların bütün işi aranı qarışdırmaqdır. Tək düşüncələri Türkiyəyə zərbə vurub çətinliyə salmaqdır”- Türkiyə Prezident bildirib.

Qeyd edək ki, Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altun “The Wall Street Journal”ında yer alan məqalənin reallığa uyğun olmadığını bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az