Ərdoğan-Salman görüşü Səudiyyə Ərəbistan mətbuatında geniş yer alıbbackend

Ərdoğan-Salman görüşü Səudiyyə Ərəbistan mətbuatında geniş yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazirin müavini şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudun Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşü Səudiyyə Ərəbistanı mətbuatında geniş işıqlandırılıb. Editor.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan “Saudi Press Agency” (SPA) səfərlə bağlı “Krallıq və Türkiyənin dərin tarixi” adlı məqaləsində iki ölkə arasında əlaqələrin möhkəmlənməsindən bəhs olunub.

Səudiyyənin “Okaz” qəzeti də səfərlə bağlı geniş məlumat yayıb. Qəzetdə yayılan xəbərdə Ankarada keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı görüşlərinin iki ölkə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və mədəni əlaqələr də daxil olmaqla, ikitərəfli münasibətlərdə yeni əməkdaşlıq dövrünün başladığını təsdiqlədiyini bildirilib.

//Nəzərbəy, Editor.az