Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səudun dəvəti ilə Səudiyyə Ərəbistanına səfər edəcək.
Editor.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Prezident Ərdoğanın bu gün və sabahkı səfəri çərçivəsində keçirəcəyi görüşlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr hərtərəfli nəzərdən keçiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq. Eyni zamanda görüşlərdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.
//Gülnarə Abasova, Editor.az

