Ərdoğan: “Taxıl müqaviləsini canlandırmaq Qərbdən asılıdır”backend

Ərdoğan: “Taxıl müqaviləsini canlandırmaq Qərbdən asılıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın taxıl müqaviləsinə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Editor.az bu barədə türk mətbuatına istinadla xəbər verir.

“Şübhəsiz ki, bu münaqişənin daha da ağırlaşmadan həlli Qərb ölkələrinin vədlərinin yerinə yetirilməsindən asılıdır. Təəssüflər olsun ki, son vaxtlar “razılaşmalara əməl olunmalıdır” prinsipinə əməl olunmur”,- deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, Qərb ölkələri tərəfindən Qara dəniz təşəbbüsü nəticəsində yaranan müsbət atmosferi atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün heç bir diplomatik addım atılmayıb. Türkiyə prezidenti əlavə edib ki, Ankara bu məsələlərdə yardım etməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

//Gülnarə Abasova, Editor.az