Ərdoğan Trampın Yaxın Şərqdə sülhün əldə olunmasına kömək edəcəyinə ümid etdiyini bildiribbackend

Ərdoğan Trampın Yaxın Şərqdə sülhün əldə olunmasına kömək edəcəyinə ümid etdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, Donald Tramp prezidentliyinin ikinci müddətində söz verdiyi kimi, Yaxın Şərqdə, o cümlədən Qəzza zolağında böhranın həllinə kömək edəcək.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, o, Budapeştdən qayıdarkən bu barədə jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Qəzza zolağı və Livandakı münaqişələrə son qoyacağına söz verib. Trampın prezidentliyinin Yaxın Şərq və Ukraynadakı siyasi və hərbi tarazlıqlara ciddi təsir edəcəyini qeyd edən Ərdoğan, “Biz bu vədin yerinə yetirilməsini istəyirik”,- deyib. Türkiyə lideri qeyd edib ki, Fələstin məsələsi və Rusiya-Ukrayna böhranı Türkiyə ilə ABŞ-ın əməkdaşlığı ilə həll edilə bilər. Vaşinqton və Ankara danışıqları davam etdirəcək və Yaxın Şərqdəki hadisələri müzakirə edəcək. Türkiyə tərəfi Trampın ikinci dövründə Yaxın Şərqdə daimi sülh və əmin-amanlıq dövrünün başlayacağını gözləyərək ABŞ-ın hazırkı prezidenti Co Baydenin dövründəki siyasətlərin bölgədə daha da dərinləşməsinə səbəb olacağını vurğulayıb.

//Gülnarə Abasova, Editor.az