Ərdoğan: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyikbackend

Ərdoğan: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşünün açılışında söyləyib.

“Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional nəqliyyat və təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, TDT-nin Fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər müzakirə edilir.