“Türkiyə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib.
Onun sözlərinə görə, Ankara beynəlxalq arenada konstruktiv mövqe tutur və burada iki dünya müharibəsindən sonra öz layiqli yerini alıb.
O, həmçinin qeyd edib ki, Türkiyədə ölkənin dünyanın 10 ən böyük iqtisadiyyatından biri olması üçün bütün lazımi səylər göstərilir.
Ərdoğan ölkənin 2023-cü il hədəflərinə çatmasını təmin etmək əzmində olduğunu bir daha təsdiqləyib.
Dövlət başçısı bildirib ki, 2053-cü ilə qədər Türkiyədə dəmir yolu, avtomobil, dəniz və hava kommunikasiyalarının infrastrukturunun inkişafına 198 milyard dollar sərmayə qoyulması planlaşdırılır.

