Ərdoğan Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolundan danışdıbackend

Ərdoğan Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil haubitsaların təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, haubitsalar Türkiyənin gücünə güc qatacaq.

“20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız keçən il 4 milyard 400 milyon dollarla rekord qırdı. 2002-ci ildə müdafiə sənayesində cəmi 56 şirkət fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2 mini keçib. Müdafiə sənayesində tədqiqat və inkişafa ayrılan illik büdcənin 49 milyon dollardan 1,5 milyard dollara yüksəldiyi günlərə çatdıq”, – R. T. Ərdoğan əlavə edib.