İngiltərənin baş naziri Boris Conson və Türkiyənin Prezidenti Rəcab Tayib Ərdoğan arasında telefon danışığı olub. Editor.az Türkiyənin Haberler.com portalına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ukraynadakı müharibəni və regiondakı prosesləri müzakirə ediblər.
Türkiyənin dövlət başçısı Rusiyanın Ukraynaya müdaxiləsinin dərhal dayandırlmasının, atəşkəsin əldə olunması üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.
Britaniya baş naziri isə Türkiyədən terrorla mübarizədə NATO-dakı müttəfiqlərinə dəstək verməsini gözlədiyini bildirib.
//Fərrux, Editor.az

